Misirin sabiq baş naziri Əhməd Şəfiq həbs edildi

Bizimsesimiz.info // Birləşmiş Ərəb Əmirliklərində yaşayan və ölkəsində keçiriləcək  prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan Misirin sabiq baş naziri Əhməd Şəfiqin həbs olunduğu iddia edildi.

Şəfiqin vəkili Dina Ədli Hüseyn  Facebook vasitəsilə: “Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi Şəfiqi Misirə göndərmək üçün evində olduğu zaman həbs edildi” açıqlamasını paylaşdı.

Hüseyn Şəfiq ilə əlaqənin kəsildiyini bildirir.

Birləşmiş Ərəb Əmirlikləri məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Misirdə dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Mursinin qalib gəldiyi 2012-ci il prezident seçkilərində  namizəd olan Əhməd Şəfiq  2018-ci ildə də ölkəsində keçiriləcək seçkilərdə  namizədliyini irəli sürəcəyini bildirmişdi.

Şəfiq bu qərarından sonra Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi tərəfindən ona “səyahət qadağası” qoyulduğunu iddia etmişdi.

Vəkil Hüseyn daha əvvəlki açıqlamasında Şəfiqin  əvvəl Fransaya, sonra Misirə gedəcəyi barədə məlumat vermişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.