Misirin Xarici İşlər naziri Şükri: QƏTƏRLƏ DİALOQ ÜÇÜN HAZIRIQ
Bizimsesimiz.info // Misirin Xarici İşlər naziri Samih Şükri “13 maddədən ibarət tələb siyahısında yer tutan maddələri yerinə yetirəcəyi təqdirdə Qətərlə dialoqa hazırıq.” deyib.
New Yorkdakı BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində həmin 4 ölkənin xarici işlər nazirləri bir araya gəldi.
Yığıncaqdan sonra mətbuata bəyanat verən Şükri bildirib ki, sanksiya tətbiq edən ölkələr heç kəsin daxili işlərinə müdaxilə etmədi, Qətər də onların daxili işlərinə müdaxilə etməməlidir.
Şükri 13 maddədən ibarət tələb siyahısında yer tutan maddələri yerinə yetirəcəyi təqdirdə Qətərlə dialoqa hazır olduqlarını söyləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin iyunun 5-də Qətər ilə bütün diplomatik əlaqələri kəsmələrindən sonra Körfəzdə böhran baş verdi. Qətərə sanksiya tətbiq edən 4 ölkə əlaqələrin normallaşması üçün doha rəhbərliyinə 13 maddədən ibarət tələb siyahısı təqdim etdi, Qətər isə beynəlxalq hüquqa zidd olduğuna görə bu tələblərin qəbul edilməyəcəyəni bəyan etdi.