Misirli partiya rəhbəri İsraili ittiham etdi
Bizimsesimiz.info // “Güclü Misir” partiyasının sədri Əbdül Munim Əbul Futuh bəzi ərəb dövlətlərini tənqid edib.
O, açıqlamasında bildirib ki, ərəb ölkələri region problemlərini həll etmək üçün İran ilə əlaqələri gücləndirməlidir.
“Ərəb xalqlarını Türkiyədən və İrandan uzaqlaşdırmaq cəhdi yanlışdır. Dövlətlər öz xalqlarının mənafeyi üçün sülh yaratmaq istiqamətində addımlar atmalıdırlar”, deyə Əbdül Munim Əbul Futuh diqqətə çatdırıb.
Əbdül Munim Əbul Futuh qeyd edib ki, bu gün regionda baş verənlərin arxasında işğalçı İsrail rejimi dayanır. //eastnews.org