MKİ kimləri izləyir? – “Vikiliks” ifşa etdi

Bizimsesimiz.info // “Vikiliks” saytı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin digər ABŞ xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətini izləmək üçün nəzərdə tutulan “Ekspresleyn” layihəsi barədə gizli sənədlərin bir hissəsini əldə edib.

Axar.az xəbər verir ki, həmin sənədlər paketinin “Vault 7” kod adlı nəşrlər seriyasına aid olduğu bildirilib.

Saytın məlumatına görə, MKİ xüsusilə Milli Təhlükəsizlik Agentliyini, Daxili Təhlükəsizlik Nazirliyini və Federal İstintaq Bürosunu izləyib. İdarə tərəfindən nəzarət biometrik məlumatların toplanması proqramı vasitəsi ilə aparılıb.

Qeyd edək ki, bir qədər əvvəl “Vikiliks” saytı MKİ-nin daha bir məxfi proqramını deşifrə etmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir