MKİ kubalıları öldürüb günahı Fidel Kastronun ütsünə atmaq istəyibmiş

Bizimsesimiz.info // ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kubada sosialist hakimiyyəti devirməyə zəmin hazırlamaq üçün Mayamidəki kubalı köçkünləri öldürərək, günahı Fidel Kastronun üstünə atmağı planlaşdırdığı ortaya çıxıb.

ABŞ Prezidenti Donald Tramp tərəfindən arxivləri çıxarılan Con Kennedi sənədlərində Kubayla bağlı təfərrüatlar ortaya çıxmağa davam edir.

Miami New Taymsda yer alan xəbərə görə, sənədlərdən birində MKİ-nin Mayami kəşfiyyat orqanında “saxta bayraq” adı verilən terror aktları törətməyi planlaşdırdığı ortaya çıxıb.

Sənədə görə, MKİ Kuba İnqilabından sonra Mayami qaçan kubalı miqrantları daşıyan katerləri batırmağı, sürgündəki əks-inqilabçı liderlərə sui-qəsd hazırlamağı və Mayami partlayış törətməyi planlaşdırıbmış.

MKİ bütün bunları etdikdən sonra günahı Kuba İnqilabının lideri Fidel Kastroya yükləməyi düşünübmüş. Planın məqsədi dünya ictimaiyyətinin diqqətini Kastro və inqilaba qarşı bir mövqeyə çəkmək, ABŞ-ın adanı işğal etməsini qanuniləşdirmək olub.

MKİ-nin planının detalları 1960-cı ildə Kubada sosializmi dağıtmaq üçün hazırlanan gizli “Operation Mongoose” planının içərisində yer alır.

Hesabatın hamısı 12 aprel 1962-ci ildə general Edvard Lendsdeyl tərəfindən daha sonra Baş Qərargah rəisi olacaq general Maksvell Teylor göndərilibmiş.

Hesabatda planın yalnız Mayamidə deyil, digər Florida şəhərlərində, hətta Vaşinqtonda da tətbiq oluna biləcəyi deyilir. Lendsdeyl Floridaya sığınmaq istəyən miqrantların katerinin “həqiqətən və ya simulyasiya” olaraq batırıla biləcəyinə diqqət çəkir.//eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir