Bizimsesimiz.info  // Ankara-Moskva arasında iqtisadi sahədə atılan tarixi addımla Moskva Birjası Türk lirəsi üzərindən əməliyyatlara başladı.

Moskva Birjasına daxil olan Türk lirəsi, ilk gündə təxminən 1,5 milyon rublluq yəni 100 min lirə əməliyyat həyata keçirib.

Tətbiq, iki ölkə arasında xarici ticarət fəaliyyətində iştirak edən bank müştəriləri və investisiya şirkətləri üçün yeni imkanlar mənası verir.

Qeyd edək ki, 2017-ci il, Rusiya və Türkiyə arasında xarici ticarət dövriyyəsi 40 faiz artaraq 20 milyard dollara çatdı.

Rusiya rəsmilərinə görə, Valyuta bazarında Rusiya rublu ilə Türk lirəsinin alışlarının inkişaf etdirilməsi, qarşılıqlı müqavilələrdə milli valyutaların rolunun artmasını təşviq edəcək.

Moskva Birjasında hazırda dollar, avro, İngilis funt sterlinqi, İsveçrə frankı, Honq Konq dolları, Çin yuanı, Belarus rublu və Qazax tengesi üzərindən əməliyyatlar aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here