Moskva vilayətində azərbaycanlılara məxsus ibadət evinin tikintisinə start verilib- FOTO

 Bizimsesimiz.info // Rusiyanın Moskva vilayətində yerləşən Domodedovo şəhərində yaşayan azərbaycanlıların təşəbbüsü ilə ibadət evinin inşasına start verilib.

SalamNews-un Moskva müxbiri xəbər verir ki, ibadət evinin təməlqoyma mərasimində Domodedovonun ruhaniləri ilə yanaşı, azərbaycanlılar da iştirak edib. İlahiyyatçı Mahir Həziyev bu cür ibadət evlərinin, məscidlərin tikintisini, azərbaycanlıların öz dininə sadiq qalmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ibadət evlərinin və məscidlərin tikintisi həm bu dünya, həm də axirət üçün insanların xeyrinədir.

Azərbaycanlıların Rusiya Federasiyasında ibadət evlərinin inşası artıq geniş vüsət alıb. Bir müddət əvvəl Yekaterinburq şəhərində tikilən məscid də artıq istfadəyə verilib.

Qeyd edək ki, azərbaycanlıların paytaxt Moskvada hələ də məscidi yoxdur. Buna baxmayaraq şəhərin mərkəzində ermənilərə məxsus həm dini, həm də mədəniyyət mərkəzi olan məbəd fəaliiyət göstərir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.