Bizimsesimiz.info // Şimali İraq Kürd Muxtariyyətində keçirilən referendum yalnız İsrail tanıdı. “MOSSAD”la müzakirə masasında qəbul edilən qərar qanuni ola bilməz.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ərdoğan deyib ki, İraq məsələsi görüşün əsas müzakirə mövzusu idi:  “Bu, İranla Türkiyənin qarşısında duran bir nömrəli məsələyə çevrilib. Türkiyə ilə 350 km, şərqdə İranla, qərbdə Suriya ilə, cənubda mərkəzi hökumətlə sərhəd var. Burada hansı məqsədlə referendum keçirilir? İran və Türkiyə olaraq bu mövzudakı mövqeyimiz məlumdur. Bu referendumu qəti şəkildə qəbul etmirik”.

Ərdoğan bildirib ki, referendum addımı Şimali İraq yerli administrasiyasını tənhalığa məhkum edəcək: “Bizim İraqdakı tərəf-müqabilimiz mərkəzi hökumətdir”. // sputnik.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here