Mosul azad edildi. İŞİD-in başçısı əl-Bağdadi öldürüldü.

Bizimsesimiz.info // İraq xalqı Mosulun azad edilməsi ilə artıq bir neçə gündür ki, şənlik mərasimləri ilə bu böyük qələbəni qeyd edir.

İŞİD terror qruplaşması bir bəyanat yayaraq, bu qruplaşmanın lideri Əbubəkr Əl-Bəğdadinin ölüm xəbərini təsdiq edib. Bu barədə İraqın Süməriyə Nyus informasiya agentliyi məlumat verib. İŞİD terror qruplaşması 2 gün öncə Təl Əfərdə Əbubəkr Əl-Bəğdadinin ölümü barədə danışmağa tətbiq edilmiş qadağanı ləğv etmişdi. Amma, bu günlər İraq sevinc dolu günləri qeyd edir. İraq hökuməti Mosulun azad edilməsi münasibəti ilə bu gün ölkə səviyyəsində tətil elan edərək, bütün nazirliklər və dövlət qrumlarından bir həftə müddətinə qələbə şənlikləri təşkil etmələrini istəyib.

Mosul 3 il İŞİD terrorçularının işğalı altında idi. Mosul şəhərinin azad edilməsi xəbərinin rəsmən elan olunmasının ardınca bir sıra ölkə rəsmiləri o cümlədən İran, Rusiya, Suriya, Fransa, Almaniya, Amerika və Küveyt bu qələbə münasibəti ilə İraqı təbrik ediblər.

Mosulda savaşın başa çatması münasibəti ilə təbillər çalındı. İraqın baş naziri və İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər Əl-İbadi də bu şəhərə gələrək, 10 ay davam edən savaşın ardınca İŞİD-in Mosuldakı 3 illik varlığına son qoyulduğunu rəsmən elan etdi.

Heydər Əl-İbadi – İraqın baş naziri:

İŞİD-in qondarma və terrorçu hakimiyyətinin süqut etdiyini burda, Mosulun mərkəzində duraraq, elan edir və dini mərcəliyə, silahlı qüvvələrə və ötən 3 ildə bizim kənarımızda yer alan ölkələrə təşəkkür edirəm. Burdan İraq xalqına deyirəm ki, İŞİD ilə mübarizədə bir arada olduğumuz kimi, ölkədə sabitliyin qorunması və inkişafın əldə edilməsində də öz birliyimizi qorumalıyıq.

106 məntəqə və onlarla qədim məhəlləyə malik olan Mosul şəhəri ən ağır döyüşlərin şahidi olmuşdu. Döyüşləri çətinləşdirən bir məsələ də İŞİD-in şəhər sakinlərindən canlı qalxan kimi isitfadə etməsi idi. Bu yolla iraqlı qüvvələrin gülləsindən amanda qalmağa çalışsa da, olmadı.

Mayor Şəmlan Əli Saleh – İraq Federal Polisinin komandanı:

Şəhərin qədim hissəsi minalanıb. Bütün evlərdə partlayıcılar yerləşdirilib. İŞİD Mosul sakinlərinə rəhm etməyib. Onlar bir qrup xarici muzdlu qatildən başqa bir şey deyillər.

Mosulun azad edilməsi ilə didərgin ailələri rahat nəfəs almış olublar. Silahlı qüvvələr isə Təl Əfər və Məhəlləbiyə şəhərlərini azad etməyə hazırlaşırlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir