Mövlud Çavuşoğlu: “Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyə XİN başçısı bu barədə “Twitter”də bildirib.
“Vətən müharibəsində qazanılan dastanvarı zəfərin sevinci ilə Can Azərbaycanın Respublika Gününü təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il 28 mayda işğaldan azad edilən torpaqlarda da dalğalanır. Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”, – deyə Mövlud Çavuşoğlu qeyd edib.

 

 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.