Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi azadlığa buraxılıb.

Bu barədə “Al Arabiya” telekanalı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, o, ölkənin qərbində cəza çəkdiyi həbsxanadan azad edilib. Seyf əl-İslam Qəddafi ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb.

O, həbsxananı tərk etdikdən sonra ölkənin şərqindəki Əl-Bayd şəhərinə gəlib.

Liviyanın keçmiş liderinin oğlu 2011-ci ildə həbs edilmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here