Bizimsesimiz.info  // Liviyanın devrilmiş lideri Muammer Qəddafi rejiminin Belçikada dondurulan bank hesablarından 10 milyard avro itib.

Belçikanın “Le Vif” jurnalındakı xəbərə görə, Belçikanın dondurma qərarı verdiyi, Qəddafinin rəhbərlik etdiyi Liviya hökumət fondlarının mühüm bir qismini əldə etmək mümkün olmur.

Xatırladaq ki, Belçikanın “Euroclear” bankındakı Liviya İnvestisiya qurumu və ona bağlı Liviya Xarici İnvestisiya şirkətinin 4 fərqli hesabatında yer alan 16 milyard avroluq maddi varlıq 2011-ci ildə dondurulub.

Belçikadakı rəsmi orqanlar 2017-ci ildə dondurulmuş fondlara əl qoymaq üçün hərəkətə keçərkən həmin hesablarda yalnız 5 milyard avro həcmində bir rəqəm qaldığı ortaya çıxıb.

Belçika prokurorluğu “Euroclear Bank”dan hesabları tələb edib və itmiş 10 milyard avro bağlı hüquqi prosesə başlayıb.

Qeyd edək ki, Liviya 2011 ili ərəfəsində önəmli neft ixrac edən ölkələr arasında idi. Dövrün lideri Qəddafi rejiminə qarşı Birləşmiş Millətlər Təşkilatının sanksiya qərarından sonra Liviyanın digər ölkələrdə olan 60 milyarddan çox dolar varlığına əl qoyulmuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here