Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfat edən gənc oğlu kim idi?-Nəşi ölkəyə gətirildi

Müdafiə Sənayesi naziri Yavər Camalovun vaxtsız vəfat edən oğlu Rövşən Camalov Türkiyənin məşhur “Acıbadəm” xəstəxanasında müalicə alırmış.

Axar.az xəbər verir ki, nazirin 3 oğlundan biri olan R.Camalov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ilə əlaqədar nazir oğlu müxtəlif xarici ölkələrdə müalicə də götürüb. Səhhəti ağırlaşandan sonra isə R.Camalov Türkiyənin məşhur “Acıbadəm” xəstəxanasına yerləşdirilib. İki aylıq müalicə nəticə verməyib və R.Camalov dünən orada dünyasını dəyişib.

Məlumata görə Rövşən Camalov biznes sektorunda çalışırdı və ölkənin tanınmış iş adamlarından sayılırdı. Bakıda məşhur olan bir neçə xidmət obyektini idarə edirdi.

Ailəli idi, azyaşlı övladları var.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun 44 yaşlı oğlu Rövşən Camalov dünən Türkiyədə dünyasını dəyişib. Onun nəşi bu gün ölkəyə gətirilib. R.Camalovun cənazəsi Şivəlanda, Mir Mövsüm Ağa ziyarətgahında dəfn olunacaq.

Mərhumun 3 mərasimi 18 sentyabrda Heydər məscidində keçiriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.