Müsəlman cəmiyyətində yad mədəniyyətlərin izləri

Rəsulullah əfəndimiz(s.a.v)buyurmuşdur:
“Qeyri-müslimlərə bənzəməyin.Kim kimə bənzəyərsə,onlardandır.Kim kimin çoxluğunu artırarsa,onlarla bərabərdir.Kim kimə bənzəyərsə, onlarla birgə hesaba çəkilər”
Qeyri müslimlər kimi yaşamaqla,onların adət-ənənələrini təqlid etməklə onlara bənzədiyimizin fərqində deyilik.
Hz.İsa(əs)-ın şəriətini təhrif edən yəhudi Pavlos Qədim pütpərəst Roma dövlətinin çox tanrılı din ilə xristianlığı ortaya çıxarmışdır .Hər xristian firqəsi də guya Hz.İsanın doğum gününü qeyd etmək məqsədilə doğulma,dünyaya gəlmə mənasını verən Milad gününü qeyd edirlər.Rəsmi olaraq istifadə etdiyimiz Miladi təqvim də xristian keşiş Qriqoryanın tərtib etdiyi təqvimdir.Və diqqət edərsək,təqvimin adının “miladi” olduğunu görərik.Xristianlar inanclarına görə Hz.İsa (əs)-ın doğulduğu günü yeni il başlanğıcı qəbul edilir.Hər xristian firqəsi milad gününü fərqli tarixdə qeyd edirlər.Məs:katoliklər 25 dekabrda,provaslavların bir qismi 8 yanvarda,bir qismi 13 yanvarda.Bu müxtəlifliyə görə,ortaq qərar olaraq 31 dekabr da rəsmi təqvim başlanğıcı olaraq qəbul edilmişdir.
Təəssüflər olsun ki,bir çox müsəlman ölkəsi də xristian inancına mənsub bu “bayramı” milli və ya rəsmi bayram kimi qeyd edir.Öz ölkəmiz Azərbaycandan misal götürsək,vətənimiz Çar Rusiyasının işğalından öncə yeni il bayramı adlı bayram tanımırdılar.Öncə Çar Rusiyasının işğalı,ardınca da SSRİ-nin işğalı ilə,bir sözlə rus mədəniyyətinin təsirilə Azərbaycanda da öncələr qeyd edilməyən bu “bayram”qeyd edilməyə başlandı.Vətənimiz Sovetin işğalından müstəqillik qazandıqdan sonra da rus mədəniyyətinin qalıntısı olan bu “Yeni il bayramı” ənənəsi tərk edilmədi,əksinə xalq arasında daha da populyarlaşdı.
Biz isə şüurlu müsəlmanlar olaraq dərk etməliyik ki,mənəvi,zehni işğalın göstəricisi olan bu qeyri-müslim bayramları qeyd etmək bizə millət olaraq da,müsəlman olaraq da müsbət heç nə qazandırmır.Əksinə,yeni il münasibətilə edilən israf,haram əyləncələr,lotoreya oyunlar və hamısından öncə İslamda olmayan bu əhli küfrün bayramını qeyd etməklə,küfrü bəyənmək günahı qazanmış oluruq.
Xristian inancına görə, Hz.İsa yer üzünə gələndə şam ,yəni küknar ağacının üzərinə enəcək.Ona görə də inancları gərəyi xristianlar “Yeni ildə” yolka adlandırdığımız küknar ağacını bəzəyirlər ki,Hz.İsa yer üzərinə enəndə bu bəzəkli ağacın üzərinə ensin.Öz inanclarına görə ağacı bəzəməklə Hz.İsanın yenidən yer üzərinə gəlişini təntənə ilə qeyd etmiş olurlar.Gəlin düşünək,biz müsəlmanlar olaraq nə üçün yolka bəzəyirik?Biz ki,Hz.İsa əs-ın yenidən yer üzərinə enişinə xristianların inandığı kimi inanmırıq.Ümumiyyətlə, bu yeni il və onunla bağlı əyləncələrin heç biri nə bizim dinimizlə,nə də milliliyimizlə uyğunlaşmır.Bəzən insanlar “bunu bizim dədə-babalarımız etmirdilər” deyirlər.İndi özümüzə sual verək,rus işğalından öncə dədə-babalarımız yeni ili qeyd edirdi?
Günümüzdə sekulyarlaşmış bir dünyada  və bu dünyanən qanunları ilə yaşayırıq.İnsan icadı olan sekulyarlıq “dini” insanı sırf bu dünya üçün yaradıldığına inandırır və bu səbəbdəndir ki,insanlara sanki təqvim dəyişməklə möhtəşəm xoşbəxlik gətirəcəyinə inandırırlar.Dayanıb düşünsək,görərik ki,Allah qatında bir dəyəri olmayan bu yeni il bayramında təqvimdə tarix dekabrın 30-ından 31-nə keçməklə bizə nə qazandırır?Və yaxud arxada buraxdığımız ili də keçən il  həvəslə gözləyirdik,nə dəyişdi?Təqvim dəyişməklə insan dəyişmir.
Kapitalizm isə sırf insanlara daha çox pul xərclətdirə bilsin deyə təqvimin dəyişməsilə onları xoşbəxt ola biləcəyinə inandırır.İnsanlar isə sırf bu xülyaya inandıqları üçün bu uydurulmuş yeni il bayramını qeyd edirlər.Mənasını ,mənşəyini ,nəticəsini və sonunu düşünmədən…
Biz isə əsl xoşbəxtliyin nə olduğunu göz ardı edib,Allahın düşmənlərinin tələlərinə düşürük.Dünya isə imtahan dünyasıdır.
Övladlarımıza əsl bayram anlayışını,dinimizdəki bayramları,halal əyləncə üsullarını öyrətməklə küfrə qarşı evdə sağlam qalalar düzəldə bilərik.Hələ kiçiklikdən qeyri İslami həyat tərzini mənimsətməsək,onların qəlbinə düz olanı yerləşdirsək,inanın ki,sonra heç bir qeyri-müslim bayramlara meyl etməyəcəklər.O cür şeylərə meyllərinin olmasında böyüklərin rolu danılmazdır.Çünki uşaqların zehni təmiz vərəq kimidir,nə yazsaq,o yazı ora əbədi həkk olar.Qeyri -müslimlərin adətləri yerinə halal dairədə İslama uyğun fəaliyyətlər,aktivliklər,əyləncələr təşkil edə bilərik.Uşaqlar fitrətləri gərəyi rəngarəngliyi,sevinməyi,əylənməyi sevirlər.
Biz də onların fitrətində var olan bu xüsusiyyətləri halal dairədə təmin edə bilərik.Bəs necə?Deyək ki,övladını sevindirmək istəyən bir valideynik,bunu necə etsək dinimizə uyğun düşər?Onlara hədiyyə ala bilərik.Sevdikləri yeməkləri bişirə bilərik.Xoşlayacaqları bir əyləncə təşkil edə bilərik.
Uşaqlar rəngarəngliyi sevirsə ,biz də onlara bu xoşbəxtliyi yaşada bilərik.Məsələn,yaşına görə bir surə və ya bir dua öyrənib əzbərləsə,onun üçün şənlik keçirəcəyimizə söz verə bilərik.Mükafatı qazanmaq üçün tapşırığı yerinə yetirməyə daha həvəsli olacaqlar.Mükafat olaraq isə büdcə və şəraitə uyğun olaraq,otağı şarlarla,kağızdan hazırlanmış bəzəklərlə bəzəyib kiçik çay süfrəsi hazırlaya,dostlarını da bu şənliyə dəvət edə biləcəyini deyə bilərik.Şənlikdə isə aparıcı olaraq özünüz qonaqlarınıza sual-cavablar edə,şeir söylətdirə bilərsiniz.Hətta şeirlərin Rəsulullaha,dinimizə,vətənimizə,bayrağımıza aid olması uşağın mənəvi dəyərləri mənimsəməsi üçün müsbət təsiri olacaq.Gələn balaca qonaqlarınıza hədiyyə olaraq kiçik surprizlər edə bilərsiniz.Sonra uşaqların otağın içində fiziki aktivlik göstərmələri,oyun oynamalarını təmin edə bilərsiniz.Şənliyə bayram abu- havası qatmaq bizim təxəyyülümüzdən aslıdır.Otağı bəzəmək,süfrəyə uşaqların xoşlayacaqları dadlı şeylər düzmək(təbii ki,zərərli şeylər olmamalıdır)bizdən asılıdır.Həmçinin,bunu da vurğulayaq ki,uşaqlara hər zaman hər istədiklərinin ola bilməyəcəyini də öyrətməliyik.Əks halda onların bizdən əlçatmaz tələbləri ola bilər.İbrətamiz bir məsəldə deyildiyi kimi “Övladlarınızı bütləşdirməyin.Sonra onlar sizdən qurbanlar tələb edər”

3 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir