Bizimsesimiz.info  // Seneqalın paytaxtı Dakardakı İslam İnstitutunun şagirdləri Afrində terror təşkilatlarına qarşı başladılan “Zeytun Budağı” əməliyyatına qoşulan Türk əsgərlərinə dua etdilər.

Mərakeş Kralı II Həsən tərəfindən 1964-cü ildə inşa edilən və Dakarın ən böyük məscidi olan Ulu Məsciddə toplaşan şagirdlər Mehmedciyin əməliyyatdan zəfərlə geri qayıtması üçün Fəth Surəsi başda olmaqla, Qurani Kərimdən ayələr oxudular.

İnstitutun imamı Djibril Sow verdiyi açıqlamada Türkiyənin bu gün İslam aləminə liderlik etdiyini və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Müsəlmanlar və məzlum millətlər üçün gecə-gündüz çalışdığını bildirdi.

Afrika qitəsinin Türk milləti ilə bağlarının Osmanlı dövləti zamanlarında başladığını dilə gətirən Sow, bu gün də Türkiyənin onlara qucaq açdığını qeyd etdi.

Sow: “İslam aləmi üçün göstərdiyi səyə görə dövlət başçısı Ərdoğanı liderimiz, Türkiyəni vətənimiz və Türk əsgərini  öz əsgərimiz kimi görürük” deyə danışdı.

İslam dünyasına sülh arzulayan Sow: “Allahım, Türkiyənin bütün çətinliklərini aradan qaldır. Türkiyəni ucalt, bizi də şərəfli Türk ordusundan say, Allahım” şəklində dua etdi. // trt

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here