Müsəlman gəncin sünnət şüuru

Həyatını dəyişdirmək və bir nizama qoymaq istəyən gənclər üçün sünnə, ən mükəmməl həyat proqramıdır. Müsəlman gənc saat neçədə yatacaq,saat neçədə yuxudan oyanacaq,nə vaxt dincələcək,nə qədər yeyəcək,zarafat və danışığında nələrə diqqət edəcək,dostları ilə münasibətlərini necə nizamlayacaq,təbliğ və İslama dəvəti necə edəcək,bu məsələlərə aid bütün təlimatları Rəsulullahın(s.a.v)sünnəsindən alar.
*
Müsəlman gənc zamanını sünnəti -sənniyyə ilə nəzarət altına alar. Yatsı namazı sonrası boşa vaxt israf etməz. Rəsulullah Əfəndimizin əmri (s.a.v) gərəyi erkən yatıb, erkən oyanmağa çalışar. Sabah namazı sonrası oyaq qalıb işlərinə və fəaliyyətlərinə sabah namazı ilə birlikdə başlamağı, yatsı namazı ilə birlikdə günü tamamlamağı vərdiş halına gətirər. Bütün görüşlərini, işlərini namaz vaxtlarına görə tənzimləyər. Dost və yoldaşlarıyla görüşəcəyi vaxt görüş yeri olaraq məscidləri, vaxt olaraq da namaz vaxtlarına uyğun görüşlərini təyin etməyə diqqət edər.
*
Müsəlman gənc şəxsiyyətini sünnəti-sənniyə ilə inşa edər. Rəsulullah Əfəndimizin (s.a.v) çox yeməyin, çox yatmayın, çox danışmayın, çox gülməyin əmri gərəyi iradəsini sünnəti-sənniyyə ilə tərbiyə edər. Onun hərəkətlərinə baxanlar sanki canlı bir hədis kitabını oxuyurmuş kimi olarlar. Çünki, hər hərəkəti və hər davranışı sünnəyə uyğundur.
*
Müsəlman gənc dilini sünnəylə tərbiyə edər. Çox danışmaqdan, gərəksiz danışmaqdan, boş danışmaqdan, gəvəzəliklərdən uzaq durar. Qeybət, dedi-qodu və yalandan, şeytandan qaçar kimi qaçar. Çox gülməkdən, ciddiyətsizlikdən, bayağılıqdan, gərəksiz zarafatlar etməkdən,açıq-saçıq danışıqlardan uzaq durar. İslamın  yatlaqlığı, şarlatanlığı rədd etdiyini əsla unutmaz.
*
Yuxusuna sünnəylə nəzarət edər. Çox yatmağın qəflətə aparan böyük bir təsir olduğunu əsla unutmaz. Yuxusuna söz keçirə bilməyənlərin, həyatlarını yataqlarda hədər edəcəyini əsla unutmaz. Yəməyini və içməyini sünnəylə nizamlayar. Çox yeməyin tənbəlliyə aparan bir vasitəçi olduğunu əsla ağlından çıxarmaz. Bədəninə və görünüşünə diqqət edər. Çünki o, eyni zamanda İslamı təbliğ edən bir dəvətçidir.
*
Rəsulullah Əfəndimizin (s.a.v) sünnəsi gərəyi gündəlik bir idmanla məşğul olaraq gümrahlığını və sağlamlığını mühafizə etməyə çalışar. Müsəlman gənc, hər işini sünnəyə görə edərək həyatının hər anını ibadətə çevirər. Çünki, o bilir ki, sünnəni adət edən, adətlərini də ibadət halına gətirmiş olur.
*
Sünnəyə əks bir həyat, boş və səmərəsiz bir həyat deməkdir. Çünki,sünnəti-sənniyə eyni zamanda müsəlman gəncə ümmətlə əlaqəli ciddi məsuliyyətlər və vəzifələr yükləyər. Sünnəyə görə yaşanmamış bir həyat isə hədəfsiz və idealsız bir həyat deməkdir. Yəni İslam davası uğrunda hər hansı bir vəzifə və məsuliyyət almamaqdır. Bu vəziyyət isə şeytan və nəfs üçün tapılmaz bir fürsətdir. Çünki, İslami vəzifələrə boyun olmayan və bu yolda çalışmayan bir gəncin bütün vaxtı şeytan və nəfs tərəfindən planlanacaq deməkdir.
*
Həyat proqramını sünnəyə görə müəyyənləşdirən müsəlman gənc ətrafında baş verən zülmləri gördükcə, məzlumların ahını eşitdikcə əsla vaxtını boşa xərcləyə bilməz. Bir zülmü dayandırmaq, bir məzluma çarə olmaq üçün gecə-gündüz çabalayar. Onun bu uğurdakı cəhdləri həm həyatını əhatə edən böyük bir mücadiləyə, həm də qəlbini əhatə edən böyük bir mübarizə etiqadına çevrilər. Duyğularına bu mübarizə əqidəsi yön verər.
*
Həyatını sünnəti-sənniyyə ilə nizamlayam müsəlman gənc hər yerdə və hər zaman haqqın tərəftarı olar və  haqqı söyləyər.Qələbəliklərə, say çoxluqlarına,güruhlara və səs faizlərinə əsla etibar etməz.Haqq bildiyi yolda satqınların, qəzet manşetlərinin,xəbər bülletenlərinin,medianın və insanların qınamasından qorxmadan irəliləyər.
Çünki,onun yeganə öndəri, lideri, rəhbəri və Peyğəmbəri Hz.Mühamməddir. (s.a.v)

Müəllif: Abdulaziz KIRANŞAL
Milli Gazete
Tərcümə etdi:Əsmər Nurəliyeva

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir