“Müsəlman ölkələrin aralarındakı əməkdaşlıq mexanizmini gücləndirmələri vacibdir”

Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanların həmrəyliyini daha həssas şəkildə davam etdirmək üçün aralarındakı əməkdaşlıq mexanizmlərini gücləndirmələrinin vacibliyini dilə gətirib.

R.T. Ərdoğan İordaniyaya səfəri zamanı dilə gətirib.

Prezident Ərdoğan ilə adı çəkilən ölkənin Kralı II Abdullahın Əl-Hüseyniyə sarayındakı təkbətək görüşlərindən sonra heyətlər arasında görüş baş tutub. Həmin görüşün mətbuata açıq hissəsində dövlət başçısı Ərdoğan 9 ildən sonra İordaniyaya gəldiyinə görə məmnun olduğunu ifadə edərək, ona və heyətinə göstərilən yaxın əlaqəyə görə minnətdarlığını bildirib.

2017-ci ilin iki ölkə arasındakı diplomatik əlaqələrin 70-ci ildönümü olduğunu qeyd edən dövlət başçısı deyib: “Bu münasibətlə iordaniyalı qardaşlarıma Türkiyədə 15 iyul 2016-cı il tarixindəki çevriliş cəhdində göstərdikləri həmrəyliyə görə şəxsim və ölkəm adından təşəkkür edirəm. Dövlət və millət olaraq  iordaniyalıların hər zaman yanında olmuşuq və olmaqda davam edəcəyik. İslam dünyası bölgə olaraq həqiqətdən ağrılı günlər yaşayırıq. Gələcəyimizin istiqamətləndiyi bu həssas dövrdə müsəlmanlar olaraq həmrəyliyimizi bölgədə çox həssas şəkildə davam etdirməliyik. Bu çərçivədə əməkdaşlığımızı gücləndirməliyik”.

Ərdoğan daha sonra İordaniya Kralı II Abdullahın şərəfinə verdiyi şam yeməyində iştirak edib, İordaniya Nümayəndələr Məclisinin sədri Atef Tarawnef ilə Senatın sədri Faisal Al Fayezi qəbul edib.

Ərdoğan xüsusi təyyarə “ANA” ilə İordaniyanın paytaxt şəhərindən ayrılıb.