Yüzlərlə müsəlman Məbəd dağındakı yeni təhlükəsizlik tədbirlərinə etiraz olaraq, Qüds küçələrində cümə namazı qılıb. Şəhərin bir neçə rayonunda İsrail polisi ilə qarşıdurma yaşanıb.

Bizimsesimiz.info SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə şəhər polisinin Mətbuat xidməti məlumat yayıb.

Hüquq mühafizəçilərinin onlara daş atan nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə etdikləri bildirilir. Etirazların dağıdılmasına atlı polislər cəlb olunub və su şırnaqlı maşınlardan istifadə edilib.

“İğtişaşların mərkəzində insan kütləsinin seyrəldilməsi davam etdirilir. Polis Köhnə şəhərin perimetri boyu şəhərə girməyə davam edir.”, – məlumatda deyilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here