Müsəlmanlar Məscid- i Aksa yaxınlığında namaza toplaşdılar – VİDEO
İsrail “əl-Əqsa” məscidinin yerləşdiyi Məbəd dağına aparan Şir qapılarının yaxınlığında quraşdırılan tağşəkilli metalaxtaranları yığışdırdıqdan sonra orada dindar müsəlmanlar namaz qılmaq üçün toplaşıblar.
Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, bu gün dini liderlər müsəlmanların məscidə qayıtmalı, yoxsa açıq səma altında namaz qılmağa davam etməli olduqlarına qərar verməlidirlər.
Qeyd edək ki, İsrail hökuməti metalaxtaranları iyulun 14-də fələstinlinin hücumu nəticəsində iki polisin öldüyü, birinin yaralandığı hadisədən sonra quraşdırıb.