Bizimsesimiz.info // Myanmada müsəlmanlara qarşı soyqırım davam edir. Amansız qətl və işgəncələrə məruz qalan müsəlmanların ölkəni tərk etdiyi deyilir.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Banqladeş və Tayland rəsmilərinin sözlərinə görə, on minlərlə müsəlman Myanmadan bu ölkəyə gəlib.

Vəziyyətin gərginləşməsindən sonra Banqladeşə 8 min, Taylanda isə 9 min rohincalı sığınıb.

Qeyd edək ki, son günlər Myanma ilə bağlı müəmmalı xəbərlər yayılır. Yayılan məlumatlara görə, bu ölkədə yerli müsəlmanlar kütləvi şəkildə qətlə yetirilir. İddialara əsasən son 2-3 gün ərzində Myanmada İslam dininə inanan 3 mindən çox insan öldürülüb.

Asiya ölkələrinin bəzi KİV-ləri isə qətllərin hərbçilər tərəfindən törədildiyini bildirir. Həmçinin qeyd edilir ki, Arakan vilayətində hərbçilər 100 mindən çox müsəlmanı evlərindən qovub.

Söhbət müsəlman rohincalardan gedir. Bu xalq Cənub-Şərqi Asiyada yaşayır. BMT-nin son hesablamalarına əsasən Myanmada 770 minə yaxın rohinca yaşayır. 2010-ci ildən Myanmada müsəlman rohincalar təqib olunur. Buna səbəb onların öz dövlətlərini yaratmaq istəmələridir.

Regionda (Myanma, Banqladeş, Tayland, Pakistan və Malayziya) rohincaların ümumi sayı iki milyondur. Myanma rəhbərliyi onların bu mövqeyini ən sərt metodlarla boğmağa çalışır. Məsələn, 2012-ci ildə həyata keçirilən etnik təmizləmələr nəticəsində 200 min rohincalı ölkəni tərk edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here