Mütaliə edənlər etməyənlərdən daha çox yaşayırmış

Yale Universitetindən olan araşdırmaçıları yaşı 50-dən artıq olan 3.655 nəfərə mütaliə vərdişi barədə soruşdu.

Nəticələrə əsasən, respondentləri 3 qrupa ayırıblar: oxumayanlar, həftədə 3.5 saatdan az oxuyanlar və həftədə 3.5 saatdan çox oxuyanlar. Araşdırmaçılar hər 3 qrupu 12 il boyunca izlədi. Ən çox oxuyanlar yüksək gəlirə sahib olan qrupdakı kollec təhsilli qadınlar idi.

Araşdırma boyunca davamlı olaraq kitab oxuyan hər iki oxucu qrupundakıların oxumayanlardan daha uzun yaşadığı müşahidə edilib. Həftədə 3,5 saat oxuyanlar oxumayanlarla müqayisədə 23 ay artıq yaşayırdı. Araşdırmada “Cinsiyyət, sərvət, təhsil və ya səhhət” faktorlarından asılı olmayaraq, bütün oxuyan insanların ömrünün uzandığını açıqladı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.