Müxalifətçi bloger Orduxan Teymurxan özünün “Facebook” səıhifəsində yazıb ki, dünən qardaşı uşaqları saxlanılıblar. Bunu “Azadlıq” radiosu bildirib.

O.Teymurxan 10 ildən çoxdur ki, Azərbaycandan gedib və qohumları ilə əlaqə saxlamır.

Mənbənin bildirdiyinə görə, Suaxanı rayon polis idarəsində O.Teymurxanın qohumlarının saxlanılması barədə məlumatı şərh etməkdən boyun qaçırıblar.

Elə bu gün bloger Tural Sadıqlının atası Əlövsət Sadıqlı saxlanılıb. Bunu virtualaz.org-a hüquq müdafiəçiləri xəbər veriblər.

Hələlik Əlövsət Sadıqlının nəyə görə saxlanılması barədə məlumat yoxdur.

Qeyd edək ki, Tural Sadıqlı Azərbaycandan Almaniyaya mühacirət edib. O, sosial şəbəkələrdəki səhifələrində Azərbaycan iqtidarını tənqid edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here