Myanma atəşkəs təşəbbüsünü rədd etdi
Bizimsesimiz.info // Xəbər verdiyimiz kimi, dünən Myanmada Arakan bölgəsində Rohinca müsəlmanlarına edilən zülmə qarşı üsyan edən müsəlman döyüşçülər böhranın sona çatdırılması üçün 1 aylıq atəşkəs elan ediblər.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, təşəbbüsü Myanma ordusu rədd edib və “terrorçulara” qarşı mübarizəyə davam edəcəklərini açıqlayıblar.
Myanma hökumətinin sözçüsü Zav Htay bildirib ki, rohincalarla danışıqlar aparmayacaqlar.
Qeyd edək ki, 50 milyon əhalisi olan Myanmada 1 milyondan çox müsəlman yaşayır. İşgəncə səbəbindən 290 min müsəlman Banqladeşə sığınıb.
Rohincaların bildirdiyinə görə ordu və Rakxayn buddistləri onlara qarşı amansız kampaniya həyata keçirir, kəndlərini yandırırlar.
Myanma isə bu iddiaları təkzib edir və bildirir ki, ordu Rohinca “terrorçularına” qarşı döyüşür.