Myanma Banqladeşlə sərhədə mina yerləşdirir – Reuters

Bizimsesimiz.info // Myanmada Rohingya müsəlmanlarına qarşı zorakılığın artması onların kütləvi surətdə Banqladeşə qaçmasına səbəb olub.

Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, bu barədə “Reuters”ə Banqladeş hökumətindəki iki mənbə məlumat verib. Onların sözlərinə görə, Myanma qoşunları iki dövlət arasındakı sərhədə mina yerləşdirir.

Mənbə bu addımın Rohingya müsəlmanlarının Myanmaya qayıtmasının qarşısını almaq məqsədi ilə də atıla biləcəyini istisna etməyib.

“Bizim ordumuz 3-4 qrupun tikanlı məftillər yaxınlığında torpağa nəsə basdırdığını görüb. Biz sonra təsdiq etdik ki, onlar mina basdırırlar” – mənbə qeyd edib.

Həmçinin bildirilib ki, Banqladeş ərazisində heç nə edilməyib, sərhəddə bu cür hərəkətlər birinci dəfədir görünür.

Ötən gün sərhədin Myanma hissəsində iki partlayış baş verib, iki oğlan yaralanıb.Bu barədə “Reuters”ə Banqladeş Sərhəd mühafizəsi zabiti Manzurul Həsən Xan deyib. Myanma ordusu sərhəddəki partlayışla bağlı açıqlama verməyib. Ordu minaların 90-cı illərdən orda olduğunu və bu vaxta kimi təmizlənmədiyini deyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir