Myanma lideri Rohinca müsəlmanlarına qarşı zorakılığı ilk dəfə pisləyib

Bizimsesimiz.info // Myanmarın dövlət müşaviri Aunq San Su Çji ilk dəfə Rohinca müsəlmanlarına qarşı kütləvi zorakılığı pisləyib.

Böhran səbəbi ilə ölkədə qalmağa üstünlük verən Aunq San Su Çji Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmayıb.

SalamNews  “Sputnik”ə istinadən xəbər verir ki, paytaxt Naypidoda keçirilən tədbirdə çıxış edən Su Çji bildirib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq insan haqlarının pozulması qəbuledilməzdir.

“Dini , etnik, siyasi mənsubiyyətindən asılı olmayaraq hadisənin günahkarları cəzalandırılacaq. Biz hamımız müharibə deyil, sülh istəyirik. Biz bölgəyə sülh və sabitliyi geri gətirəcəyik, qanunun suverenliyini bərpa edəcəyik “.

Qeyd edək, Nobel mükafatı laureatı Aunq San Su Çji  Myanmada baş verən hadisələrə görə beynəlxalq miqyasda kəskin tənqid olunur.