Bizimsesimiz.info // Rohinciya müsəlmanlarının media sözçüsü  Ömər əl-Faruq  ötən gün Qahirədə keçirdiyi mətbuat konfransında  Myanma hökumətinin  1 milyona yaxın Rohinciyalı müsəlmanı öldürdüyünü açıqlayıb.

İslam.az “almasryalyoum” saytına istinadən xəbər verir  ki,  Misir İstiqlal Partiyasının  təşəbbüsü ilə  ölkənin  Giza şəhərində keçirilən mətbuat konfransında Ö.əl-Faruq deyib ki,  Myanma rəsmiləri indiyədək Raxin əyalətində məskunlaşmış 7 milyon  müsəlmandan 1 milyon nəfərini qətlə yetirib.

O  bildirib ki,  1 milyon Rohinciyalı müsəlmanın öldürülməsi  BMT İnsan Hüquqları Şurasının (İHŞ) bülletenində də qeyd olunub.

Ö.əl-Faruq Raxin əyalətində müsəlmanlar əleyhinə  qarşı zorakılıqların tarixi köklərini açıqlayıb. “Arakan hökuməti miladdan 5 əsr öncə təşkil olunub və sonradan İslam dini bu bölgəyə Banqladeş və Myanmadan olan tacirlər vasitəsi ilə gəlib. Myanma rəsmiləri  1870 –ci ildə  Raxin  bölgəsinə dominantlıq etməyə başladı.  1948-1954-cü illərdə buddist yaraqlılar İsraildə təlimlər keçib, rəsmilər tərəfindən  Myanma müsəlmanları əleyhinə  qaldırıldı. Myanma hökuməti 1973-cü ildə 7 qəbilədən 142 min müsəlmanı ölkə vətəndaşı olmamaq bəhanəsi ilə qətlə yetirib. 1996-cı ildə Myanmanın 14 əyalətində  müsəlmanlara qarşı hücumlar başladı və həmin hücumlar zamanı 1500 məscid  dağıdıldı.  2013-cü ildə  Myanma rəsmiləri və buddist yaraqlılar tərəfindən 150 İslami mədrəsə yandırıldı.”

Ömər əl-Faruq  əlavə edib ki, bölgədə yaşayan müsəlmanlar  hökumətin təzyiqlərinə görə qorxu içində yaşayır.

O, Myanma müsəlmanlarına dair yayımlanan xəbərlərin saxta olduğunu iddia edənlərə bildirib ki, sosial mediada yayımlanan xəbərlərin 90 faizi düzdür və peyk kanalları yalan məlumatlar  ötürür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here