Myanma ordusu Rohinciyalı müsəlmanlara hücum edib- BMT təsdiqlədi
Bizimsesimiz.info // BMT müfəttişləri Myanma ordusunun Rohinciyalı müsəlmanlara qarşı hücumları qəsdən törətdiyini təsdiqləyib.
Bizimsesimiz.info maide.az saytına istinadla xəbər verir ki, bu barədə BMT-nin müfəttişi Thomas Hank bidirib. O hesabatında qeyd edib ki, Myanma təhlükəsizlik qüvvələrinin Rohinciyalı müsəlmanların evlərini, əkin sahələrini və kəndlərini yandırmasına dair çox etibarlı sənəd və sübutlar əldə olunub.
T.Hank deyib ki, Myanma təhlükəsizlik qüvvələri Raxin əyalətinin şimalındakı kəndləri qəsdən yandırmaqla müsəlmanların bir daha geri dönməməsi üçün çalışır. “Onlar Rohinciyalı müsəlmanları yaşadıqları ərazidən qovmaqla yanaşı həmdə onların kəndlərini, əkin sahələrini və evlərini yandırır ki, müsəlmanlar bir daha geri dönməsin”.
Qeyd edək ki, avqust ayının 25-dən Myanma müsəlmanlarına qarşı təhlükəsizlik qüvvələri və ifratçı buddistlərin hücumları artıb.
Bölgədə humanitar vəziyyət kəskin şəkildə pisləşib. Banqladeşə qaçan Arakan vilayətinin sakinlərinin sayı 515 min nəfəri keçib.