Myanma qaçqınlarının sayı 400 mini keçib

Bizimsesimiz.info // Myanma hökümətinin zorakılığına məruz qalaraq ölkəni tərk edib Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı 400 mini keçib.

SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat yayıb.

Məlumata əsasən, hazırda qaçqınların sayı 409 min nəfər təşkil edir.

Bundan əvvəl BMT-nin humanitar təşkilatı Banqladeşdə 391 min Rohinca müsəlmanının məskunlaşdığını açıqlayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir