Bizimsesimiz.info // Azərbaycan Xarici İşlər Nazirliyi Myanmarda baş verən hadisələrə münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığını ifadə edib.

“Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik”, – deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here