Myanmarda qətliam : Ordu 3 gündə Arakanda 3 min müsəlman öldürdü, bir kəndin bütün sakinləri qətlə yetrildi (Video, Foto 18+)

Bizimsesimiz.info // Avropa Rohinqya Şurasının (ERC) sözçüsü doktor Anita Schuq Myanmarın Arakan ştatında son 3 gündə ordu tərəfindən 2 rayonda 3 min müsəlmanın qətlə yetrildiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Schuq xarici KİV-lərə verdiyi açıqlamada Myanmar ordusunun həyata keçirdiyi qətliamın 2012-ci ildəkindən daha ağır olduğunu deyib.

İsmail Yayın Mecmua Karakas adlı şəxsin şəkli.

“Arakanda son günlərdə müsəlmanlara qarşı Myanmar ordusunun törətdiyi qətliam 2012 və keçən ilin oktyabr ayında baş verənlərdən qat-qat daha pisdir. Vəziyyət heç bu qədər pis olmayıb. Arakanda yaşanılan bir soyqırımdır.

Sadəcə, Arakanın Rathedaunq şəhərinə bağlı Sauqpara kəndində dünən 900-1000 arasında müsəlman öldürülüb. Bu kənddəki qətliam nəticəsində sadəcə, bir oğlan uşağı sağ qalıb.

İsmail Yayın Mecmua Karakas adlı şəxsin şəkli.

Arakanda 100 mindən çox vətəndaşın yurdundan qovulduğunu bildirən Schuq, 2 min arakanlı müsəlmanın Myanmar-Banqladeş sərhədində qaldığını, Banqladeş hökumətinin onları ölkəyə buraxmadığını qeyd edib.

“Buddistlər müsəlmanların kəndlərini mühasirəyə alıblar. Bu adamlar Myanmar hökumətinə məktub yazaraq məsum olduqlarını bildirərək, mühasirənin qaldırılmasını  və kəndlərdən evakuasiya edilmələrini tələb ediblər. Lakin, Myanmar hökuməti cavab da verməyib.”

İsmail Yayın Mecmua Karakas adlı şəxsin şəkli.

Schuq Arakandakı qətliamın dayandırılması üçün başda Birləşmiş Millətlər Təşkilatı olmaqla bütün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsi lazım olduğunu qeyd edib.