Bizimsesimiz.info // ABŞ-da qırxdan çox konqresmen rohinca müsəlmanlarının sıxışdırılması səbəbindən Myanma hökumətinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyi təklif edib.

“Reuters”in verdiyi  xəbərə görə, konqresmenlər təkliflə bağlı  ABŞ-ın dövlət katibi Reks Tillersona məktub ünvanlayıb.

“Biz Birmada mühasirədə qalan və ya qayıtmaq istəyən insanların müdafiə və təhlükəsizliyinə nail olmaq, həmçinin onların qonşu ölkələrdən məcburi şəkildə  qaytarılmasına  mane olmaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, – deyə məktubda  bildirilir.

Bizimsesimiz.info SalamNews-a istinadla verdiyi xəbərə görə, Beynəlxalq Miqrasiya Təşkilatı Myanmadan Banqladeşə qaçan rohinca müsəlmanlarının sayının 582 min nəfər olduğunu bəyan edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here