Nərimanov icra hakimiyyəti başçısının birinci müavininin oğlu “Range Rover”lə adam öldürdü, 2 aylıq həbs olundu – “Ölümü qəzaya bağlamaq olmaz, qadın xəstəymiş…”

Bizimsesimiz.info // Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədib.

ölkə. az saytına istinadən xəbər verir ki, hadisə avqustun 22-də Bakı şəhərində baş verib. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov da oğlu Elmir İbadovun ağır yol qəzası törətməsindən danışıb.

Məlumata görə, o, açıqlamasında bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil:
“Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda, sərbəst buraxılacaq.”

Avropa.info-nun əldə etdiyi məlumata görə, hadisədən sonra saxlanan Elmir İbadov haqqında məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.