Bizimsesimiz.info // Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur.

Bizimsesimiz.info Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istiandən xəbər verir ki,  məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaq. Hazırda minarələrin və günbəzlərin tikintisi aparılır. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcək.

Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcək. Mərasim binasında isə hər biri 224 yerlik iki zal fəaliyyət göstərəcək.

Məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here