Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb.

Bizimsesimiz.info xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir