Nazarbayev qazax əlifbasının latın qrafikasına keçidi haqqında fərman imzalayıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb.

Trend-in “Kazinform”a istinadən verdiyi məlumata görə, fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Bundan əlavə fərmada deyilir: “Qazaxıstan əlifbasının latın qrafikasına keçidini 2025-ci ilə qədər təmin etmək. Əlifbanın keçidinin təmin edilməsi üçün latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası təsdiq edilsin”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir