Nazim Hikmətin məşhur misraları əslində, bu Osmanlı padşahının imiş- İDDİA
Bizimsesimiz.info // Nazim Hikmətin “Dəvət” şeirindəki məşhur “Yaşamaq bir ağac kimi tək və hürr və bir orman kimi qardaşcasına” misralarının əsl müəlllifinin kimliyi barəsində maraqlı iddia ortaya atılıb.
Bir çox siyasətçilərin də mitinqlərlə, televiziya çıxışlarında səslədirdiyi bu fikirlər əslində, Osmanlı sultanı Yavuz Sultan Səlim xana aiddir. Sultan Səlimin həyatı barəsində roman yazmaq istəyən tarixi romanlar müəllifi Həsən Bəsri Bilgin bu barədə arxivdə işləyən zaman maraqlı faktla rastlaşıb. O arxiv materiallarının birində, Sultan Səlimin yazdığı şeirdə bu iki misranın qeyd olunduğunu bildirir.
Həsən Bəsri yerli mediaya açıqlamasında mövzu ilə bağlı geniş danışıb: “Sultan Səlimin “Divan”ını araşdırmağa çalışdım. Bu vaxta qədər onun yazdığı şeirlər “Divan”ı üzə çıxmamışdı. Osmanlı arxisində və Topqapı sarayında apardığım araşdırmalar nəticəsində məlum oldu ki, Sultan Səlimin Divan”ı tam halda deyil. Amma bir yerdə maraqlı dialoq var: Yavuz Səlim xan İmam Hüseyn Nəccara “yaşamaq bir ağac kimi hürr, bir meşə kimi qardaşcasına” sözlərini deyir.
Sultan Yavuz xanın şeiri orijinaldan belədir:
“Fazl-u Hak u himmet-i cünd-î Ricalullah ile –
Dil- sûhteri merg, Dîlirân-ı merg-zâr elemektir niyetim”
(“Məqsədim, insanları bir ağac kimi hürr və bir orman qardaş etməkdir) (moderator.az)