Danimarkanın İmmiqrasiya və İnteqrasiya naziri İnger Stoyberq avtomobili ilə miqrant qadını sürüyüb.

Axar.az xəbər verir ki, hadisə Danimarkanın DR kanalı vasitəsilə yayımlanıb. Məlumata görə, hadisə Stoyberqin deportasiya mərkəzindən gələrək qaçqınları sığınacaqla təmin etməyəcəyini bildirən zaman baş verib.

Videodan da göründüyü kimi, Stoyberq maşına əyləşəndə miqrantlardan biri maşının ön hissəsindən yapışaraq avtomobili tutmağa çalışıb. Lakin avtomobil dayanmayıb və yıxılmış qadının üzərindən keçib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here