Neft hasilatı rekord səviyyəyə çatdı

Bizimsesimiz.info // Qazaxıstanda 2017-ci il neft hasilatı 86.2 milyon ton reallaşıb. Bunu Qazaxıstanın İqtisadiyyat naziri Timur Süleymenov deyib.

Nazir Timur Süleymenov Baş nazirlikdə jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, 2017-ci il neft hasilatı baxımında tarixi rekord hesab edilir. Bu il 86.2 ml ton neft hasilatımız oldu. Bu da ümumi daxili məhsulun 4% səviyyəsinə çatmasına imkan verib.2018-də də həmin miqdarda neft hasilatı gözlədiklərini ifadə edən nazir Süleymenov,”Makroiqtisadi proqnozları aydınlaşdırdıqdan sonra bu il üçün konkret rəqəmləri açıqlayacağıq deyə vurğulayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir