Neft-kimya zavodunda partlayış – 40 yaralı

Bizimsesimiz.info // Misirdə neft-kimya zavodunda güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident İsgəndəriyyə şəhəri yaxınlığında, “SİDPEC” şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb, onlardan 7-nin vəziyyəti ağırdır. Partlayışdan sonra zavodda yanğın başlayıb. İlkin məlumata əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda yanğının ocağı lokallaşdırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.