Bizimsesimiz.info // Pakistanlı millət vəkilləri vəzifədən kənarlaşdırılan Navaz Şərifin postunu tutacaq baş naziri avqustun 1-də seçəcək.

Ölkənin yeni baş naziri olacağı açıqlanan Pencab vilayətinin baş naziri Şahbaz Şərif Milli Məclisə girənə qədər hakimiyyətdəki Pakistan Müsəlman Liqası (PML-N) Partiyasının neft və təbii sərvətlər naziri Şahid Hakan Abbasinin müvəqqəti olaraq baş nazir postunu tutacağı gözlənilir.

Yeni baş nazir və müvəqqəti baş nazirin 342 yerli Milli Məclisdə, koalisiya şərikləri ilə 209 yerə sahib “Pakistan Müsəlman Liqası” partiyasından seçiləcəyinə qəti nəzər salınır.

Şahbaz Şərifin Pencab vilayətinin baş nazirliyindən istefaya çıxmasından sonra ən az 45 gün ərzində məclis tərəfindən seçilərək yeni baş nazir olacağı nəzərdə tutulur.

Navaz Şərifdən boşalan post üçün növbədən kənar seçkinin sentyabrın əvvəlində keçirilməsi planlaşdırılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here