Bizimsesimiz.info // İsrailin baş naziri Binyamin Netanyahu Polşada polşalıların II Dünya müharibəsi illərində yəhudilərin məhv edilməsində iştirakına dair ifadələrə görə cinayət məsuliyyətinin tətbiq edilməsinə qarşı çıxıb.

“Report” xəbər verir ki, o bunu öz “Facebook” səhifəsində yazıb.

“Qanun əsassızdır. Mən qəti olaraq buna qarşıyam. Tarixi dəyişmək olmaz, Holokostu inkar etmək yolverilməzdir”, – deyə o bildirib.

Netanyahunun sözlərinə görə, o, İsrailin Varşavadakı səfirinə bu mövqeyini Polşa hakimiyyətinə çatdırmaq barədə göstəriş verib.

Bundan əvvəl Polşa Seymi (Parlamentin Aşağı palatası) Milli Yaddaş İnstitutu haqqında qanuna düzəlişlər paketini qəbul edib. Düzəlişlər polşalıların Holokost da daxil olmaqla, nasist Almaniyasında törədilən cinayətlərdə iştirak etdiyini deyənlərin 3 il müddətinə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here