Bizimsesimiz.info // İşğal altındakı Şərqi Qüds yaxınlığında yerləşən qeyri-qanuni Maale Adumim yəhudi yaşayış məntəqəsinə gedən İsrail Baş naziri Binyamin Natanyahu yəhudilərə minlərlə yeni ev ərsəyə gətirmə sözü verib.

Bu barədə İsraildəki “Kanal 7” televiziyası xəbər verib.

Xəbərə görə, Netanyahu “Minlərlə yeni ev əlavə edəcəyik. Maale Adumim İsrail dövlətinin bir hissəsidir və elə qalmağa davam edəcək”, – deyə bildirib.

Qeyd edək ki, işğal altındakı Fələstində olan ən böyük yəhudi yaşayış məntəqələrindən biri Maale Adumim Şərqi Qüdsü İordan çayının qərb sahilindən ayıran İsrailin inşa etdiyi Ayrı-seçkilik Divarının arxasında yerləşir. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here