Bizimsesimiz.info   // İsrail rejimi baş prokuroru Aviçai Mandelblit baş nazir Binyamin Netanyahu haqqındakı iki korrupsiya işiylə bağlı istintaqlarda son mərhələyə gəlindiyini və çətin qərarlar almaqda tərəddüd etməyəcəyini qeyd edərək, mövzu ilə bağlı ətraflı məlumat verməyib.

Bu barədə “Yedioth Ahronoth” qəzeti xəbər verib. İstintaqın davam etdiyini qeyd edən Mandelblit həqiqətlərin ortaya çıxarılması üçün polislərin sorğu-sualı qüsursuz aparmasına icazə verilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Netanyahu, haqqındakı korrupsiya araşdırması çərçivəsində yeddi dəfə ifadə vermişdi. Netanyahunun həyat yoldaşı Sara Netanyahunun da korrupsiya araşdırması çərçivəsində ifadəsi alınmışdı.

Netanyahu haqqında davam edən istintaq “iş adamlarından pul aldığı, bir media müdiriylə öz xeyrinə yayım üçün razılaşdığı və Almaniyadan sualtı qayıqlar alınmasında adının korrupsiyaya qarışdığı” iddialarını ehtiva edir. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here