Netanyahuya yaxınlığı ilə seçilən bir neçə nəfər korrupsiyada ittiham və həbs edilib

Bizimsesimiz.info // İsrailin baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə seçilən 6 nəfər korrupsiyada ittiham və həbs edilib.

İsrail polisi bazar ertəsi günü bildirib ki, saxlanılan şəxslər Netanyahuya yaxın adamlar olublar. Onların həbs edilməsi barədə order İsrail prokurorluğu tərəfindən çıxarılıb. Bu əməliyyatda Vergilər və Çirkli Pulların Yuyulması ilə Mübarizə İdarəsi də əməkdaşlıq edib.

İsrail mediaları son həbslərin Almaniyadan alınan bir neçə ədəd sualtı qayıq ilə bağlı yol verilmiş qanunsuzluqlarla əlaqədardır.