Nigeriya polisi Ərbəin yürüşündə 4 müsəlmanı qətlə yetirdi

Bizimsesimiz.info  // Nigeriya təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Kano şəhərində Ərbəin mərasimlərini dinc şəkildə qeyd edən Nigeriya İslam Hərəkatının üzvlərinə atəş açıb.

Bizimsesimiz.info  eastnews.org-a istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin dinc şəkildə keçirilən dini mərasimə hücumu nəticəsində 4 şiə müsəlmanı həyatını itirib.

Yerli sakinlər və şahidlər Nigeriya polisinin Kano şəhərindən Zariya şəhərinə yürüş həyata keçirən müsəlmanlara qarşı gözyaşardıcı qazdan istifadə etdiyini və atəş açmağa başladığını söyləyiblər. Hərəkatın 10 üzvünün qeyri-qanuni həbs edildiyi də xəbərlərin arasındadır.

Xatırladaq ki, Nigeriya hökuməti 2015-ci ildə Məhərrəm ayı ərəfəsində şiə müsəlmanlarının sıx yaşadığı ərazilərə hücum edərək 1000-dən çox insanı qətlə yetirmişdi. Nigeriya İslam Hərəkatının rəhbəri Ayətullah Zakzakinin ailə üzvləri öldürülmüş, özü isə qəddarcasına döyülərək həbs edilmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.