Nigeriyada silsilə partlayış – 16 ölən, 13 yaralı
Bizimsesimiz.info // Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.
Məlumata əsasən, hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Partlayışların “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.