Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib.

Bizimsesimiz.info xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində xalqa videomüraciətində deyib.

“İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm”, – o deyib.

Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. O bildirib ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here