“Niyə Suriyadakı terrorçulara pulsuz silah verirsiniz” – Ərdoğan
Bizimsesimiz.info // Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətinin onun mühafizəçilərinə silah satışını dayandırmasını tənqid edib.
SalamNews “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan bu barədə Nyu Yorkda keçirilmiş BMT Baş Assambleyasının iclasındakı çıxışı zamanı bildirib.
“ABŞ-dan silah ala bilmədiyimiz halda, niyə Suriyadakı terrorçulara pulsuz silah verirsiniz”?- deyə o bildirib.
Qeyd edək ki, ABŞ hökuməti Türkiyə Prezidentinin mühafizəçilərinə silah satışını dayandırıb.