Myanmanın faktiki siyasi lideri olan ölkənin dövlət müşaviri və XİN rəhbəri Aun San Su Çji Rakhayn ştatında insan hüquqlarının pozulmasını sərt şəkildə tənqid edib.

«İnsan hüquqlarının pozulmasında təqsirkar olan hər kəs qanun qarşısında cavab verməlidir», – Aun San Su Çji Neypidoda Parlament üzvlərinə müraciətində bəyan edib.

O əlavə edib ki, evlərinə qayıtmaq istəyən qaçqınların yoxlanılmasına hazırdırlar. Qeyd edək ki, bundan əvvəl hökumət ancaq öz vətəndaşlığını sübut edən şəxslərin qayıtmasına izn verəcəklərini deyiblər.

Xatırladaq ki, Myanma ordusunun və buddistlərin Arakanda yaşayan müsəlmanlara qarşı təcavüzləri nəticəsində 25 avqustdan bu yana minlərlə dins sakin öldürülüb. Myanmar rəhbərliyinin bölgəyə giriş-çıxışlara icazə verməməsi üzündən ölən vətəndaşların dəqiq sayı bilinmir. Hücumlarda 150-dən çox kənd ordu və buddistlər tərəfindən yandırılıb. On minlərlə müsəlman təhlükəsizlik məqsədi ilə hələ də regiondan uzaqlaşmağa çalışır. Birləşmiş Millətlər təşkilatı Myanmardakı hadisələrindən qaçıb Banqladeşə sığınan arakanlı müsəlmanların sayının 370 minə çatdığını bildirir.

Myanmarın faktiki siyasi rəhbəri Aun San Su Çji son dövrdə Arakan əyalətində müsəlman əhaliyə qarşı zorakılıq hərəkətlərinə görə tənqid olunur. İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı – İSESCO Myanmar hökumətinin faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çjinin 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatından məhrum edilməsi barədə məsələ qaldırıb.

Bu barədə mərkəzi qərargahı Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən İSESCO tərəfindən yayılmış yazılı açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, arakanlı müsəlmanlara qarşı törədilən zorakılıqlardan Aun San Su Çjinin də məlumatı var. Bu səbəblə Nobel Sülh Mükafatının mahiyyətinə zidd hərəkət edən Çji bu mükafat üçün haqqını itirib.

Ehtimal ki, elə məhz bu çağırışlar Çjinin belə bəyanatla çıxış etməsinə səbəb olub. /faktxəbər

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here