Nyu-Yorkda İsrail əleyhinə etiraz aksiyası keçirildi

ABŞ-ın Nyu-York şəhərində işğalçı İsrail rəhbərliyi əleyhinə olan ortodoks yəhudi və müsəlmanlardan ibarət bir qrup nümayişçi İsrailin Fələstindəki işğalçı siyasətlərinə etiraz edib.

“The City College of New York” qarşısında toplaşan nümayişçilər burada çıxış edən və “sionizm ziddiyyətinin yəhudi ziddiyyəti olduğunu” müdafiə edən İsrailin Nyu-Yorkdakı baş konsulu Dani Dayana da reaksiya göstərib.

“Fələstin fələstinlilərə qaytarılmalıdır”, “ABŞ və İsrailin Fələstinə qarşı müharibəsi dayanmalıdır” yazılı plakatlar daşıyan nümayişçilər İsrail grejimi əleyhinə şüarlar da səsləndiriblər.

eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.